"Musiqimizin zənginliyindən istifadə edərək mədəniyyətimizi yüksəltməliyik"
"Sənətin səsi" verilişində müğənni Nazim Faytonçu və tələbəsi Sara Kərim ilə retro mahnıların yeni interpretasiyasından və iş birliklərindən bəhs etdik.
--------
25:36
"Sənətkarlıqla insanlığın vəhdəti ən böyük sərvətdir"
"Sənətin səsi" verilişində Əməkdar artist, xanəndə Babək Niftəliyev ilə sənət yolundan, təhsil aldığı ustad sənətkarlardan və "Muğam" Televiziya Müsabiqəsindən bəhs etdik.
--------
29:32
"Böyük musiqilər böyük şəxsiyyətlər yetişdirir"
"Sənətin səsi" verilişinin buraxılışı müğənni Vüsal Hacıyevin sənət yoluna, ifalarına, bəstəkar və şairlərlə olan iş birliklərinə həsr olundu.
--------
41:38
"Ən böyük arzum "Cəngi" məktəbini yaratmaqdır"
"Sənətin səsi" verilişində Xalq artisti, "Cəngi" estrada-folklor ansamblının rəhbəri, ud ifaçısı Mircavad Cəfərov ilə musiqi sənətindən, rəhbəri olduğu ansamblın fəaliyyətindən, konsert proqramlarından və oğlu ilə “Xarıbülbül” festivalındakı çıxışından bəhs etdik.
--------
30:09
"Bu mənim üçün adi bir mahnı deyil, vətənə sevgi etirafıdır"
"Sənətin səsi" verilişinin buraxılışı müğənni Azad Şabanovun sənət yoluna, ifalarına və "Bir əsər" adlı konserti ilə bağlı təəssüratlarına həsr olundu.
“Sənətin Səsi” verilişində Azərbaycan mədəniyyəti və incəsənətinin görkəmli nümayəndələri haqqında bildikləriniz və bilmədiklərinizi onların irsinin tədqiqatçıları, ailə üzvləri və tələbələrinin dilindən eşidə bilərsiniz.