Həkim psixiatr Orxan İsgəndərovla seanslar zamanı "dərman istifadəsi" və bu asılılıq yaradırmı mövzusundan danışdıq! Sizin öz şəxsi təcrübələriniz necə olub? Bizimlə paylaşın. 0:07 - Salamlaşma1:13 - “Şizofreniya, depressiya kimi bir sıra psixoloji xəstəliklərin sağalması mümkün deyil” - bu həqiqətdirmi?3:52 - Psixi sağlamlıq istiqamətində miflər var. Bunlar hansılardır və nədən qaynaqlanır?6:16 - Psixoterapiya yalnız danışmaqdırmı?7:12 - Firma dərmanları effektsizdir? Niyə firma dərmanlarından bu qədər qorxuruq?9:29 - Apteklərin alternativ dərman tövsiyəsi nə dərəcədə etikdir?14:38 - Hansı mərhələdə, kimə (psixoloq, psixoterapevt, nevropatoloq və b.) müraciət etməliyik?17:23 - Dərmanlar asılılıq yaradırmı?19:37 - Dərman psixoloji problemdə nə kimi rol oynayır? Nəyə kömək edir?24:10 - Dərmanın istifadə fərqindəliyində olmaq həmin xəstəliyə təsirinə kömək edirmi? Yoxsa, faydalı olacağına inandığımız üçün təsir edir?29:07 - Uşaqlarda dərmanın effektivliyi uzunmüddətli inkişafında hər hansı əks təsir göstərə bilərmi? Bu tərz dərmanların əks təsirləri nələrdir?31:34 - Hiperaktiv pozuntusu olan uşaqlarda psixoterapevtik müdaxilə nə dərəcədə rol oynayır?#HavvaSafarova #OrxanIsgenderov #podcast Hosted on Acast. See acast.com/privacy for more information.
--------
33:31
Travmalar bizi güclü edib? İndiki nəsil niyə zəifdir?
Bugün bizə psixoloqların həddindən artıq məlumat axını nəyi ötürməyə çalışır? Travmalar bizə həqiqətən zərərmi verir? Bu proseslərin qızıl ortasını qonağım, Nəfəs Psixi-Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Ramil Hüseynzadə ilə müzakirə etdik. Bəs siz necə düşünürsünüz? 01:00 - Ramil Hüseynzadə kimdir?01:30 - Psixi dözümlülük nədir?02:40 - Bizim valideynlərin psixologiyası yox idi? Niyə onlar haqqında kimsə düşünmürdü? Ancaq biz indi hər şeyi travma ilə əlaqələndiririk.05:34 - İnsan ya tam dərinə gedir, ya da ümumiyyətlə psixologiyanı məsxərəyə qoyur. Bunun qızıl ortası nədir? Hər şeydəmi psixoloqa qaçmaq lazımdır?!10:33 - Çətin zamanlar güclü insanlar formalaşdırır, güclü insanlar zəif xarakterlər formalaşdırır. Bu fikirlə razısınızmı? Burada qızıl orta nə olmalıdır?!14:45 - Səni dəstəkləməyən partnerindən boşanmaq, yoxsa istədiyin dəstəyi alana kimi mübarizə aparmaq? Doğru olan nədir?20:19 - Boşanmağı adiləşdirmək nə dərəcədə normaldır?25:57 - İnsanlar bəzən münasibətlərinin qeyri-sağlam olmadığının fərqində olmurlar və bunu normallaşdırırlar. Biz boşluqlarımıza görə münasibətə giririk? Buna əsl mənada nə ad vermək olar? 31:39 - Psixoloji dözümlülüyü kontrolda saxlamağın bir yolu var? Fərqində olmaq hər şeyi həll edir?38:54 - Niyə biz realı qəbullanmırıq? Niyə reallıqlardan qaçırıq?44:54 - Niyə yol bizə maraqlı deyil? Niyə bu yolun dadını çıxarmaq istəmirik? 50:38 - Uşaqların psixoloji dayanıqlığını davamlı etmək üçün valideynlər necə və hansı addımlar atmalıdırlar? Hosted on Acast. See acast.com/privacy for more information.
--------
56:05
Rahat pul qazanmaqdan yeniyetmələr təhsildən uzaqlaşırmı?
Həkim-psixiatr Vəfa Şirinova ilə Yeniyetməlik nədir, yeniyetmənin yetişkindən fərqi nədir, yeniyetmə ilə necə davranmalı, yeniyetmələrə qarşı edilən bullinqlər, yeniyetmələrlə bağlı hansı risklərə diqqət etmək lazımdır, yeniyetməlik - təhsil və qərarlar, müasir yeniyetməlik, evdə yeniyetmələr varsa necə davranmalı mövzusunda Ninja Mama Podcast görüşümüzdə geniş müzakirə etdik! Hosted on Acast. See acast.com/privacy for more information.
--------
42:39
Niyə işləri ertələyirik? DƏHB nədir?
DƏHP - Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusu son zamanlarda olduqca aktuallaşan mövzudur.02:53 - Diqqət əksikliyi və hiperaktivlik pozuntusu əslində 2 ayrı-ayrı ifadələrdir. Niyə birlikdədirlər? Və ümumiləşdirsək nə mənaya gəlirlər?05:08 - İmplusivlik tərbiyə olunan bir şeydirmi? İmplusivliyin tərbiyə şəkli qorxu və əzmdirmi?11:22 - Necə o uşaqları qaydada saxlamaq olar? Bu disiplinin təməl qaydası nədir? Bu hansı yaşdan başlayır?12:43 - Uşağın beyni formalaşdığı zaman yaranan problemlər sadəcə qidadanmı asılı olur yoxsa inkişaf prosesində olacaq bir şeydirmi?16:37 - Niyə uşaqlarda məhz uşaq yaşlarında psixoloji dəstək almağa bu qədər meyilli olmuruq? Niyə mütləq ki, altında "nəsil problemi" axtarırıq? Valideynlər nəyi görməkdən qorxurlar?23:03 - Ertələmə xəstəliyi. Bunun kökündə dayanan şey nədir? Bu diqqət əksikliyinin ən təməl problemidir?29:16 - Gənclər asılılıq və implusivlikdən əziyyət çəkirlərsə bunun öhdəsindən necə gəlsinlər? Dəstək alaraq bunun öhtəsindən gələ bilərlərmi? Hosted on Acast. See acast.com/privacy for more information.
--------
34:04
Gənclər niyə intihar edir? Çıxış yolun var! Bu podcastı dinlə
İntihar xəbərləri yayıldıqca, intihar halları artır. Mütəxəssislər bildirir ki, bir çox hallarda intihar qarşı tərəfi cəzalandırmaq üçün atılan addımdır və bu birdən-birə baş verəcək proses deyil. Qonağım, Nəfəs Psixi-sağlamlıq mərkəzinin həkim-psixiatrı Əziz Mustafayev ilə intihar, yalançı və şişirdilmiş media başlıqları və bunun qeyri-etik tərəflərindən danışdıq. Bəs siz necə düşünürsünüz? Hosted on Acast. See acast.com/privacy for more information.
Ninja Mama podcast-ımız müxtəlif qonaqlarla müasir dövrdə Azərbaycanda uşaq yetişdirmək, onların azad ruhlu inkişafında qarşılaşdıqları streotiplər, etdikləri səhvlər və doğru yolu tapma cəhdləri, uşaqlarla səyahət, uşaqların inkişaf dövründən bəhs edən azərbaycan dilində portaldır. Hər həftə yeni podcast dinləməyi unutmayın. Kanalıma abunə olmağı unutmayın, like edərək və rəy yazaraq motivasiyanızı verə bilərsiniz. Hosted on Acast. See acast.com/privacy for more information.